Kanadanın “Dayavik” yatağında ölçüsü toyuq yumurtası böyüklüyündə olan sarı almaz tapılıb.
“Dominion Diamond Mines” kompaniyasının saytına istinadən, 552 karatlıq almaz indiyədək Şimali Amerikada tapılan ən böyük qiymətli daşdır. Zərgərlik keyfiyyətlərinə malik “Dayavik” ölçüsünə görə, XXI əsrdə tapılan almazlar sırasında yeddinci yeri tutur və tarixdə ən böyük qiymətli daşların top 30-luğuna daxil olub. Dünya rekordu isə 3106 karatlıq “Kullian” almazına (Cənubi Afrika Respublikası) məxsusdur.
Alimlər artıq “Dayavik” almazının strukturu ilə maraqlanırlar. Geoloqlar tapıntını tədqiq etdikdən sonra, o, hissələrə bölünərək cilalanacaq və bundan sonra satışa çıxarılacaq.