-3 C
Baku
Sunday, December 15, 2024

Kanadanın əhalisi 40 milyona çatıb

Kanadanın əhalisi ilk dəfə olaraq 40 milyona çatıb.

Bu barədə ölkənin Statistika Bürosunun saytında məlumat yayılıb.

Hazırda əhalinin əksəriyyəti Ontario (15,5 milyon nəfər), Kvebek (8,8 milyon) və Britaniya Kolumbiyası (5,4 milyon) əyalətlərində yaşayır.

Bundan əvvəl Statistika Bürosu məlumat vermişdi ki, Kanada əhalisi keçən ilin sonunda tarixində ilk dəfə olaraq 1 milyon nəfərdən çox artıb və 2023-cü il yanvarın 1-nə 39,5 milyon nəfərdən çox olub.

Bundan əvvəl Kanadada əhalinin maksimum illik artımı 1956-cı ilin sonunda müşahidə edilmişdi, o zaman ölkədə İkinci Dünya Müharibəsinin başa çatmasının nəticələrindən yaranan yüksək doğum səviyyəsi qeydə alınmışdı. Bundan əlavə, bu prosesə 1956-cı il Macarıstan qiyamının nəticələri ilə bağlı qaçqın axını təsir göstərmişdi.

Kanada hökuməti 2025-ci ildən etibarən hər il 500 min miqrant qəbul etməyi nəzərdə tutur.

Son xəbərlər
Digər xəbərlər