21 C
Baku
Monday, April 29, 2024

Kanadanın bank sistemi

Maliyyə sektorunun təşkili Kanada iqtisadiyyatının beynəlxalq resessiya şəraitində dayanıqlı qalmasının ən başlıca səbəblərindən biridir.

Kanadanın bank sistemi dünya üzrə ən etibarlı və effektiv sistemlərdən biri hesab olunur. Böhranın başlaması zamanı Kanada dolları öz qonşusu olan ABŞ dollarının paritetinə qədər möhkəmləndi. Ölkə özü isə xarici kapitalı üçün “sakit limana” çevrildi, Bir sıra investorlar maliyyə qeyri-müəyyənliyi dövrünü məhz burada gözləmək qərarı verdilər.  

Kanadanın bank sisteminin özülünü “Böyük Beşlik” (Big Five) (məcmu aktivlərin 86%-ini əhatə edir) təşkil edir, buraya Kanada Kraliça Bankı, Kanada İmperiya Ticarəti Bankı, Yeni Şotlandiya Bankı, Dominion Toronto Bankı və Monreal Bankı axildir. Daha xırda bankları isə İkinci həlqəyə (Second Tier) aid edirlər.

Dünyanın bir çox inkişaf etmiş ölkələrindən, xüsusən də ABŞ-dan fərqli olaraq Kanadanın bank sistemi mərkəzləşmiş idarə olunur. Nəzarət funksiyası fərdi mərkəzi banklara deyil, Kanadanın federal hökumətinə həvalə olunub. Kanada bankları bilavasitə maliyyə nazirinə tabedir, buna görə də onların fəaliyyətinin tənzimlənməsi daha effektiv şəkildə həyata keçirilir.

Bütün maliyyə təsisatları üç reyestrə (Schedules) bölünür, bu reyestrlər onların fəaliyyət çərçivəsini sərt şəkildə məhdudlaşdırır, söhbət kreditləşmə, depozit qəbulu və digər investisiya növlərindən gedir. Əsas məhdudlaşdırıcı meyar –bankın milli olması və ya Kanada bazarında fəaliyyət göstərməsinə icazə verilən hər hansı bir xarici bank filialı olması məsələsində özünü göstərir.

Həmçinin Kanada bankları hökumət qarşısında verdiyi hesabatlar, maliyyə aktivliyi və məqbul hesab edilən risk dərəcəsi baxımından ciddi məhdudiyyət ilə üzləşir. Məsələn, maliyyə təşkilatının məcmu aktivlərinin həcmi onun kapitalının həcmini 20 dəfədən çox üstələyə bilməz. Bu rəqəm ABŞ və Avropa ölkələrində analoji göstəricidən qat-qat aşağıdır.

Daşınmaz əmlak sektorunda da tənzimləmə səviyyəsi olduqca yüksəkdir. Alınan obyektin dəyərinin 80%-ni üstələyən ipoteka krediti almaq üçün, kanadalı vətəndaşlar Kanadanın Canada Mortgage & Housing Corporation federal sığorta agentliyində özlərini sığortalamalıdır. Bundan əlavə bank da mütləq öz risklərini elə həmin təşkilatda sığortalayır.

Həyata keçirilmiş tədbirlər sayəsində, Amerikanın ipoteka istiqraz kağızlarının yaratmış olduğu ipoteka “köpüyü” nəticəsində yaşanan böhran demək olar ki, Kanadaya təsir etməmişdir. 2006-cı ildən bəri Kanadada daşınmaz əmlakın qiyməti inamlı templərlə artıb. Bu isə ödəniş defoltunun olmaması və tələbatın stabil olaraq yüksək olması ilə izah olunur.

Kanada bank sisteminin yüksək dayanıqlıq göstərməsinə təsir edən daha bir vacib amil isə ictimai münasibətlərin olduqca mədəni və unikal səviyyəsi ilə bağlıdır. Bu münasibətlər özündə yüz illiklər ərzində ciddi maliyyə nizam-intizamına və öz vəsaitlərinə uyğun yaşamağı öyrənmiş xalqın davranış tərzini əks etdirir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər