-3 C
Baku
Sunday, December 15, 2024

“Kandid yaxud optimizm”dən sitatlar

“Kandid yaxud optimizm”- Volterin ən çox oxunan və təkrar nəşr olunan əsəridir.

  • Çöl heyvanları istədikləri kimi gəzib dolaşırlarsa , insanın da belə bir hüququ olmalıdır
  • Müharibədə şeypurların, düdüklərin , təbillərin topların bir-birinə qarışan səsi elə bir harmoniya yaradır ki, beləsi heç cəhənnəmdə də olmur
  • Səbəbsiz nəticə olmur, hər şey zərurət adlanan bir zəncir həlqələrinə uyğun baş verir, özü də yaxşılığa doğru yönəlir
  • Çörəyi dizinin üstündə olan birinə yemək vermək də düzgün iş deyil
  • Yaxşılığa doğru getmək, bütövün zəruri olan bir kəsimidir
  • İnsanlar təbiətin işini necə korlayır, təbiət onları yırtıcı olaraq yaratmır, onlar özləri bunu istədiklərindən buna çevrilirlər
  • Silahları Tanrı onlara bağışlamayıb bu, onların öz yaramaz düşüncəsinin məhsuludur
  • Azadlıq ancaq mütlək zərurət kimi gerçəkləşə bilər
  • Yaşadığımız bu dünya, mümkün olan dünyaların ən yaxşısıdırsa, onda görəsən o biri dünyalar nə gündədir
  • Qadınlar heç yerdə itib-batmırlar, Tanrı özü onların qayğısına qalır
  • Bir yerdə ağ günə çıxa bilmədinizsə, onda uğurunuzu başqa yerdə axtarın
  • İnsanın öz içində çəkdiyi gizli qüssə, onun üzbəüz qaldığı  ictimai fəlakətdən daha amansızdır
  • İnsan ara sıra öz cinayətinə görə bu dünyada da öz cəzasını alır
  • Dünyadakı yamanlıqlar rəsm əsərində gözə dəyən kölgələr kmidir
  • Başqalarının ağlı ilə düşünməyə alışmaq dəhşətlidir
  • Düşündüyünü demək insanın ən böyük üstünlüdür
  • Umacaqlarımız olmasa , ömrümüzü nə ilə bəzəyərdik
  • İş-güc bizim yaxamızı üç böyük yamanlıqdan qurtarır ; darıxmaq , aslılıq və korluq çəkmək
  • Bədəni torpaqdan olan , gərək i.ləyib əyin-başını , yemək –içməyini də torpaqdan çıxarsın

Aliyə Nuruyeva

 

Son xəbərlər
Digər xəbərlər