17 C
Baku
Sunday, May 19, 2024

“Kapital Bank” ABŞ dollarında olan müddətli depozitlərini 44% böyüdüb

“Kapital Bank” ASC son illərdə ABŞ dollarında depozit cəlbi ilə bağlı kampaniyalardan sonra bu portfeli yüksəldə bilib.

Banker.az xəbər verir ki, bankın ABŞ dollarındakı müddətli depozitlərinin həcmi son altı ayda 44% artıb. ABŞ valyutasında olan müddətli depozitlərinin həcmi 259.7 dollar (441.5 mln. manat ekv.) təşkil edib.

Sistem əhəmiyyətli bank 2023-cü ilin son rübündən etibarən dollarda olan müddətli əmanətlərin faizlərini 4 faizə qədər yüksəltməklə bu bazarda daha cəlbedici olmuşdu.

ABŞ dollarındakı müddətli depozitlər ötən ilin üçüncü rübünün sonu 306.2 mln. manat ekvivalentində, cari ilin əvvəlində isə 343.2 mln. manat ekv.-də idi.

Hazırda da eyni ilə bu təkliflə bazarda çıxış edir.

“Kapital Bank” müddətli depozitdə yalnız ABŞ dollarını qəbul edir.

Bankın tələbli depozitlərinin 649.13 mln. manat ekvivalentində ABŞ dollarında və 79.68 mln. manat ekvivalentində isə avrodepozitlər var.

Xatırladaq ki, bank 2024-cü ilin ikinci rübündə ABŞ dollarında 7 il müddətinə 7%-lə $35 milyon istiqraz buraxıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər