7 C
Baku
Sunday, December 15, 2024

Kapital Bank Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının iclasında iştirak edib

Kapital Bank 15-17 yanvar 2018-ci il tarixlərində Londonda keçirilən Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının və BAFT Assosiasiyasını Gələcək Liderlər Proqramı (Future Leaders Program) tədbirində iştirak edib. Kapital Bank-ı tədbirdə Risklərin İdarə Edilməsi departamentinin direktoru vəzifələrini icra edən Ağarza Baxşıyev təmsil edib.

BAFT-ın layihəsi çərçivəsində proqram iştirakçıları tərəfindən qabaqcıl maliyyə proqramları, kiber təhlükəsizlik, Big Data və süni intellekt, komplayens, risklər və maliyyə qurumlarının qarşısında dayanan bir sıra məsələlər müzakirə olunub və istifadə olunan praktik nümunələr barədə məlumatlar verilib. Proqramda iştirak edənlər tərəfindən sadalanan aktual məsələlər üzrə tədqiqatlar aparılıb. Həmçinin tədbirdə maliyyə sektoruna yeni texnologiyaların tətbiqi və həmin yeniliklərin necə qiymətləndirilməsi barədə də danışılıb.

Ümumi olaraq 4 qrupa bölünən layihədə 16 ölkədən 31 qurumun təmsilçiləri iştirak edib. May ayında Amerikada bitəcək silsilə tədbirlər zamanı, proqram üzrə bir sıra görüşlər və seminarlar təşkil olunacaq.

Qeyd edək ki, Kapital Bank 2017-ci ildən Amerika Banklar Assosiasiyasına (American Bankers Association) üzv seçilib. MDB ölkələri arasında Kapital Bank və Rusiyanın yalnız bir bankı bu assosiasiyanın üzvüdür.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.BAFT

Son xəbərlər
Digər xəbərlər