13 C
Baku
Friday, April 19, 2024

Kapital Bank Balakən filial ilə bağlı məsələyə aydınlıq gətirdi

Kapital Bank Balakən filialının müştərisi olmuş Ziyavəddin Mehdiyevin dünən bəzi kütləvi informasiya vasitələrində yayılan tənqidi fikirlərinə aydınlıq gətirib.

Bankın mətbuat xidmətindən Banker.az saytına daxil olan məlumatada bildirilir ki , Ziyavəddin Mehdiyev 17 oktyabr 2014-cü il tarixində Bankın korporativ saytına şikayət göndərib. Şikayətin araşdırılması məqsədilə 22 oktyabr 2014-cü il tarixində o, Bankın Baş ofisinə dəvət edilib və səlahiyyətli şəxslər onunla görüş keçiriblər.

Bankın Komplayens Departamentinin əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, Z.Mehdiyev öz əmanət hesabından vəsaitlərini tamamilə qanuni əsasda, müddətdən əvvəl çıxarıb və müştəri Bankla olan müqaviləyə xitam verdiyi üçün onunla Kapital Bank arasında hər hansı hüquqi öhdəlik qalmayıb. Z.Mehdiyevin öz vəsaitini sonradan şəxsi münasibətlər zəminində istənilən şəxsə, o cümlədən Bankın əməkdaşlarına verməsinə görə isə Kapital Bank heç bir məsuliyyət daşımır.

Mətbuat xidmətinin açıqlamasında o da göstərilir ki, 2014-cü ilin sentyabr-oktyabr aylarında Bankın Balakən rayon filialında aparılmış daxil audit nəticəsində aşkar olunan nöqsan və çatışmazlıqlara görə filialın bir sıra əməkdaşları ilə yanaşı, filial müdiri Ruqiyyə Məmmədova və baş kassir Şəhmir Qurbanov Əmək Məcəlləsinin 70ç maddəsi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) tutduqları vəzifədən azad ediliblər. Bankın Baş ofisində qəbul edilərkən, özünün də söylədiyi kimi, Z.Mehdiyevə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməsi tövsiyə olunub. Kapital Bank da hüquq-mühafizə orqanlarının bu məsələyə dair araşdırmalarına kömək üçün lazımi rəsmi sənədləri təqdim edə bilər.

Son xəbərlər
Digər xəbərlər