8 C
Baku
Friday, March 29, 2024

“Kapital Bank” bazarda mövqeyini daha da gücləndirir

14 mart 2018-ci il saat 11:00-da İzmir Plazada (İzmir küçəsi 23/25) Bankın Səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Banker.az bub barədə Bankın ictimayətə açıqladığı məlumata istinadən xəbər verir.

Məlumata görə, yığıncağın gündəliyinə, “Kapital Bank”ın 2017-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması,“ Bank tərəfindən 2017-ci ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi, Bank tərəfindən 40 mln. AZN dəyərində, 15% dərəcəsi ilə, qeyri-kumulyativ, müddətsiz imtiyazlı səhmlərin buraxılması və digər məsələlər məsələlər daxil edilib.

Oxşar yazı – Kapital Bank-ın idarə heyətinə yeni üzv seçilib

Qeyd edək ki, Bankın 1 yanvar 2018-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 299,9 milyon manat, nizamnamə kapitalı isə 185,9 milyon manat təşkil edirdi.

Bank həm də, son göstəricilərə görə, aktivləri artaraq 3,2 milyard manat olmaqla tarixi maksimumuna yüksəlib.

Xatırladaq ki, “PAŞA Holdinq” MMC-yə daxil olan Bankın nizamnamə kapitalı hazırda 185,85 mln. manatdır. Onun səhmlərinin 99,87%-i adıçəkilən holdinqə, 0,13%-i  digər fiziki şəxsə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər