6 C
Baku
Sunday, December 15, 2024

Kapital Bank hər kəsə hədiyyələr qazandıracaq

Kapital Bank “Yeni il” hədiyyə kampaniyasına start verdi. Kampaniya ani stimullaşdırıcı lotereya  formasında keçirilir. 10 dekabr 2015-ci il tarixindən 15 yanvar 2016-cı il tarixinədək Kapital Bankdan “Gündəlik tələbat” kredit növü üzrə istənilən məbləğdə kredit əldə edən şəxslər lotereyanın iştirakçısına çevrilirlər. Həmin müddətdə adına kredit rəsmiləşdirilən müştəri şəffaf qutuda olan lotereya kuponlarından birini çıxarmaq hüququnu əldə edəcək. Biletin üzərindəki qoruyucu örtüyü pozduqda müştəri uduş fonduna daxil olan hədiyyələrdən birinə sahib olacaq. Uduşa 0% komissiya, faiz dərəcələrinə 1%-dən 5%-ə qədər endirim və tam faizsiz kreditlər almaq imkanı daxildir. Kampaniyada iştirak edən bütün lotereya kuponları uduşludur. Lotereya kuponu bankın əməkdaşına təqdim edildikdə, uduş müştərinin əldə etdiyi kreditə dərhal tətbiq ediləcək. Ani stimullaşdırıcı lotereya  Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada keçirilir.

“Gündəlik tələbat” kreditinin məbləği 500 AZN-dən 15 000 AZN-dək təşkil edir. Kreditlər 6-36 ay müddətinə verilir. “Gündəlik tələbat” növü üzrə kreditlər  Kapital Bankdan maaş və ya pensiya kartı olan şəxslərə verilir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Kapital Bankın müştəriləri kredit ödənişlərini “e-pul.az”, “kassam.az”, “hesab.az” portalları ilə yanaşı “eManat” və “MilliÖn” terminallarında, habelə Kapital Bankın filiallarında və pay.kapitalbank.az  saytında  həyata keçirə bilərlər. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

1000x1000 fb post  instagram

Son xəbərlər
Digər xəbərlər