15 C
Baku
Tuesday, May 14, 2024

“Kapital Bank” ilin ilk üç rübündə 135 mln. manat xalis mənfəət etdi

Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik olan “Kapital Bank” ASC 2021-ci ilin ilk üç rübünü (yanvar-sentyabr) 135.18 milyon manat xalis mənfəətlə tamamlayıb.

Banker.az xəbər verir ki, bu barədə Bankın rüblük maliyyə hesabatında qeyd edilir.

Hesabat müddəti ərzində bankın cəmi faiz gəlirləri 347.66 milyon manat olmuş, o cümlədən bunun 281.30 milyon manatı müştərilərə verilmiş kreditlərdən faiz gəliri, 46.73 milyon manatı qiymətli kağızlar portelindən əldə etdiyi gəlirlər olmuşdur. Faiz gəlirləri ümumilikdə 6.6% artmışdır.

Bankın faiz xərcləri 49.56 milyon manat olmuş, bunun da 37.71 milyon manatı müştərilərin depozitləri üzrə faiz ödənişləri təşkil edir.

“Kapital Bank” 211.54 milyon manat qeyri-faiz gəliri, 236.79 milyon manat qeyri-faiz xərci olmuşdur. Bununla belə bank 95.92milyon manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar etmiş, nəticədə mənfəəti 171.93 milyon manat təşkil etmişdir.

Bankın 36.74 milyon manat mənfəət vergisi xərcindən sonra xalis mənfəəti 2021-ci ilin ilk 9 ayı üzrə 135.18 milyon manat olmuşdur.

Bu mənfəətdən sonra 318.26 milyon manat bölüşdürülməmiş mənfəəti olmuşdur.

 

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər