10 C
Baku
Thursday, December 12, 2024

Kapital Bank-ın 305 müştərisi 50 AZN qazanıb

Kapital Bank-ın Visa kart sahibləri üçün “Qazandıran xərclər” adlı lotereyası yekunlaşdı. Ümumi olaraq lotereya ərzində 305 müştəri 50 AZN, lotereyanın sonuncu tirajında isə 1 müştəri 1000 AZN qazanıb. Qaliblərin siyahısı bankın korporativ saytında dərc olunub.

Qeyd edək ki, şərtlərə görə ölkə daxilindəki POS terminallar vasitəsilə minimum 1 AZN ödəniş edən müştərilər, qəbzin üzərindəki 6 rəqəmli avtorizə şifrəsini aytında olan müvafiq bölmədə qeydiyyatdan keçirərək, lotereyada iştirak edirdilər.

Qeyd edək ki, Visa kartlarını Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

Son xəbərlər
Digər xəbərlər