Bankın cəmi aktivləri 3 ilə 3 dəfə böyüdü
Kapital Bank-ın cəmi aktivləri 1 yanvar 2018-ci il tarixinə 3,2 milyard manat təşkil edib. Bu da 2014-cü ildə ( həmin vaxt 1,375 manat idi) bu tərəfə 3 dəfə böyüməklə bankın tarixində maksimum həddə çatması deməkdir.
Banker.az Bankın hesabatına istinadən xəbər verir ki, müştərilərə verilən kreditlərin həcmi isə 1,8% artaraq 1,2 milyard manat olub.
Bankda müştəri depozitlərinin həcmi 1 yanvar 2018-ci il tarixinə 2,4 milyard manat olub. Əhalinin əmanətlərinin həcmi isə 836,9 milyon manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 6% çoxdur.
Bankın 1 yanvar 2018-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 299,9 milyon manat, nizamnamə kapitalı isə 185,9 milyon manat təşkil edir
Hesabata görə, Kapital Bank-ın ümümi faiz gəlirləri 263,36 mln. manat olub ki, bununda 94,84 mln. manatı xalis mənfəət olub.
Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.