“Kapital Bank” ASC-nin cəmi aktivləri ötən ilin sonundakı 3 mlrd. 716,48 mln. manatlıq tarixi rekorddan sonra azalmağa başlayıb və 2019-cu ilin 1-ci rübünün sonuna 4% kiçilərək 3 mlrd. 584,38 mln. manat olub. Bu ötən ilin yarımilliyindəki göstəricilərə qayıtması deməkdir.
Banker.az bu barədə Bankın 2019-cu ilin I rübü üçün açıqladğı maliyyə hesabatına istinad edir.
Cəmi aktivlərin əsas hissəsi olan kredit portfeli rübün əvvəli ilə müqayisədə sonu 2,36% artaraq 1 mlrd. 536,39 mln. manat olub ki, bu da cəmi aktivlərdə 42,86% pay sahibi olması deməkdir. Məlumat üçün bildirək ki, kredit portfelinin cəmi aktivlərdə çəkisi ilin əvvəli 40,38% idi.
Eləcə də bax: Kapital Bank-dan ilin ilk rübünə 48 mln. manatlıq xalis mənfəət
“Kapital Bank”ın cəmi öhdəlikləri 2019-cu ilin ilk rübünün sonuna 2 mlrd. 700,44 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 8,41% azalma olması deməkdir. Bankın cəmi öhdəlikləri hesbat dövrünün sonuna 3 mlrd. 162,90 mln manat təşkil edir.
Bankın hazırda cəmi kapitalı 358,44 mln manatdır ki, bunun da, 185,85 mln. manatı səhm kapitalı, 40 mln. manatı müddətsiz imtiyazlı səhmlər və 120,24 mln. manatı isə bölüşdürülməmiş xalis mənfəətdir.
Xatırladaq ki, “Kapital Bank”ın nizamnamə kapitalının 99,86%-i “PAŞA Holdinq” MMC-yə məxsudur.