15 C
Baku
Friday, March 29, 2024

“Kapital Bank”dan ilin ilk rübünə 48 mln. manatlıq xalis mənfəət

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik “Kapital Bank” ASC-nin 2019-cu ilin yanvar-mart aylarına cəmi gəliri 93,3 mln manat təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Bankın cari ilin I rübünə olan maliyyə hesabatında deyilir.

Ötən ilin analoji dövrü ilə müqayisədə bank builki ilk rübdə 27 faiz daha çox faiz gəliri əldə edib.

Cari ilin ilk rübündə isə bankın cəmi faiz xərcləri 15% azalaraq 16,43 mln. manat təşkil edib.

Bununla yanaşı bankın qeyri-faiz gəlirləri 36,04 mln manat, qeyri-faiz xərcləri isə 46,34 mln manat olub.

Beləliklə bankın xalis mənfəəti ilk rübün sonuna 47,63 mln manat təşkil edib.

Bu da ötən ilin müvafiq dövründəki rəqəmdən 2 dəfə çox olması deməkdir. Bu böyük xalis mənfəətdən sonra bankın bölüşdürülməməş mənfəətinin həcmi 120,24 mln. manata çatıb.

Xatırladaq ki, “Kapital Bank” ASC-nin nizamnamə kapitalı 185,85 mln. manat olmaqla, səhmlərinin 99,86 faiz hissəsinə “PASHA Holding” sahibdir.

Son xəbərlər
Digər xəbərlər