17 C
Baku
Monday, May 6, 2024

“Kapital Bank” nizamnamə kapitalını 20 mln. artırır – Səhmdarlar qərar qəbul etdi

“Kapital Bank” ASC-nin səhmdarları qərar gəlib ki, onun nizamnamə kapitalı daha 20 mln. manat artırılsın.

Bu barədə Banker.az həmin görüşdəki protokola istinadən xəbər verir.

Məlumata görə, bankın səhmdarlarının qərarı ilə 1 5014 205 yeni adsız səhm emisya edəcək. Bu səhmlərin hər birinin nominal dəyəri 12.39 manatdır ki, bu da ümumi 19 999 999.95 manat deməkdir.

Yığıncaqda “PASHA Holding”in nümayəndəsi və 18 Azərbaycan vətəndaşı iştirak edib.

Xatırladaq ki, Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik olan bank “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının (“BUS Bank”) bazasında yaradılıb. Onun nizamnamə kapitalı 245.85 milyon manatdır. Bankın əsas səhmdarı daxil olduğu “PAŞA Holdinq” MMC-dir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər