“Kapital Bank” Azərbaycanda iqtisadi artımla bağlı gözləntilərini açıqlayıb.
“Kapital Bank” qeyd edib ki, 2023-2024-cü illərdə Azərbaycanda real ümumi daxili məhsulun 3% artacağı proqnozlaşdırır.
“Azərbaycan banklarının iqtisadi və əməliyyat şəraiti yüksək neft və qaz qiymətləri fonunda qeyri-neft iqtisadiyyatının dövlət xərcləri hesabına artımı ilə dəstəklənərək əlverişli olaraq qalacaq”- Bankın hesabatında əlavə edilib.
Qeyd edək ki, Maliyyə Nazirliyinin 2024-cü ildə Azərbaycanda real ÜDM-in real artımı ilə bağlı gözləntiləri 2.4%, Mərkəzi Bankın proqnozu isə 3-3,5% civarındadır.