6 C
Baku
Sunday, December 15, 2024

“Kapital Bank” səhmdarlarına 2023-cü ilin mənfəətindən dividend ödəyəcək

29 mart 2024-cü il saat 11.00-da Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2 E nömrəli ünvanda yerləşən bankın ofisində (3-cü mərtəbə, iclas zalı) bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:

I. “Kapital Bank” ASC-nin 2023-cü ilin yekunlarına aid maliyyə hesabatlarının təsdiq olunması.
II. “Kapital Bank” ASC tərəfindən 2023-cü ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi.
III. “Kapital Bank” ASC-nin müşahidə şurasının üzvü Fərid Məmmədovun növbəti dəfə müşahidə şurasının üzvü seçilməsi.
IV. Digər məsələlər

Son xəbərlər
Digər xəbərlər