5 C
Baku
Saturday, December 14, 2024

“Kapital Bank” səhmdarlarına divident ödəyəcək – “PAŞA Holdinq”ə 91 mln. manat çatacaq

“PAŞA Holdinq” MMC “Kapital Bank” ASC-dəki dividentdən 90,88 mln. manat alacaq

Sabahdan “Kapital Bank” ASC 2018-ci ildə əldə etdiyi xalis mənfəətdən səhmdarlarına dividend ödəməyə başlayacaq.

“Kapital Bank”ın səhmdarlarının aprelin 12-də keçirilmiş illik yığıncağında Bankın ötən il əldə etdiyi təxminən 91 milyon manat xalis mənfəətin səhmdarlara ödənilməsinə qərar verilib. Beləliklə, Banka məxsus, hər birinin nominal dəyəri 12,39 manat olan 15 milyon ədəd adi səhmin hər birinə görə 6,04 manat dividend ödəniləcək. Ödənişlər kredit təşkilatının Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 60 ünvanında yerləşən “Mərkəz” filialında həyata keçiriləcək. Bu barədə məlumat Report Agentliyinə Bankdan deyilir.

Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının (“BUS Bank”) bazasında yaradılıb. Bankın səhmlərinin 99,87%-i daxil olduğu holdinqə, 0,13%-i isə 190 fiziki şəxsə məxsusdur. Bank səhmlərinin 99,87 faizi “PAŞA Holdinq”ə, 0,13 faizi isə digər fiziki şəxs olan səhmdarlara məxsusdur.

Son xəbərlər
Digər xəbərlər