12 C
Baku
Wednesday, December 11, 2024

Yığıncağın qərarı məlum oldu: “Kapital Bank” səhmdarlarına divident ödəyəcək

“Kapital Bank” ASC səhmdarlarının 2020-ci il iyunun 2-də keçirilmiş növbədənkənar ümumi yığıncağının qərarına əsasən 2020-сi il iyunun 8-dən etibarən Bankın 2020-ci il iyunun 1-nə olan səhm sahiblərinə dividendlərin ödənilməsinə başlanılacaqdır.

Banker.az xəbər verir ki, bu barədə Bankın açıqlamasında deyilir.

Dividendləri almaq üçün Bakıda yaşayan səhmdarlar “Kapital Bank”ın Bakıdakı filiallarına, respublikanın digər şəhər və rayonlarında yaşayan səhmdarlar isə “Kapital Bank”ın yerli filiallarına şəxsiyyəti təsdiqləyən sənədlə müraciət edə bilərlər.

Lakin, dividentin hansı məbləği əhatə edəcəyi açıqlanmır.

“Kapital Bank” ASC – Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik olan bankdır. Bankın 225.85 mln. manatlıq nizamnamə kapitalı vardır və bu kapitalın 86,59%-i “PAŞA Holdinq”, 8,86% -i “PAŞA Sığorta Şirkəti”, 4,43% – “PAŞA Həyat Sığorta Şirkəti” və yalnız 0,12%-i fiziki şəxslərə məxsusdur.

1 aprel 2020-ci il tarixinə olan hesabata görə bankın balansında 238.21 mln. manatlıq bölüşdürülməmiş mənfəət vardır.


Dividendlər (ing. dividends) — səhmdar cəmiyyətin mənfəətinin hər il səhmdarlara ödənilən hissəsi. Sahib olunan səhmlərə uyğun dividend ödənilir. Yəni dividendlər hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir, həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır

Son xəbərlər
Digər xəbərlər