17 C
Baku
Sunday, May 19, 2024

Kapital Bank “Xəzri” sistemi üzrə tərəfdaşların sırasını genişləndirir

Kapital Bank “Xəzri” təcili pul köçürmələri üzrə tərəfdaşların sayını artırmaqda davam edir. Azərbaycanla yanaşı həmçinin Ukrayna, Rusiya, Tacikistan və Gürcüstan kimi ölkələrin banklarında tətbiq olunan “Xəzri” sistemi vasitəsilə ötən il ərzində 312 mindən artıq müştəri 121 milyon manatdan artıq pul köçürməsi həyata keçirib. Son dövrlərdə sistemə Ukraynanın Kristalbank, Aqroprombank, Akkordbank və Tacikistanın SpitamenBank-ı da qoşulub və bununla “Xəzri”nin mövcud olduğu məntəqələrin sayı 3500-dən artıqdır.

Bu ilin mühüm yeniliklərindən biri də “Xəzri” sisteminə Azərbaycanda ilk tərəfdaş bankın – Atabank-ın qoşulması oldu. Artıq müştərilər Azərbaycan üzrə Atabank filiallarında da “Xəzri” vasitəsilə köçürmələrin həyata keçirə bilərlər.

Qeyd edək ki, “Xəzri” vasitəsilə pul köçürmələri etmək çox rahat və sərfəlidir. Cəmi 5 dəqiqə ərzində hesab açmadan həm ölkə daxilində, həm də yuxarıda sadalanan ölkələrə pul göndərmək əlverişlidir. Köçürmələrə görə minimum 0,8%-dən başlayan komissiya haqqı tutulur. Müştərilər ölkədaxili göndərilən pul vəsaitini 24 saat ərzində Kapital Bank bankomatlarından komissiyasız nağdlaşdıra bilərlər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 89 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Son xəbərlər
 ⁠
Digər xəbərlər