“Kapital Bank” yarım ili 222 milyon manat mənfəətlə başa vurdu

“Kapital Bank” ASC 2026-cı ilin ilk yarısını 221 milyon 790 min manat xalis mənfəətlə başa vurub ki, bu da 2025-ci ilin eyni dövrü (153 milyon 967 min manat) ilə müqayisədə 44.1% artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bankın faiz gəlirləri ötən ilin ilk yarısındakı 561 milyon 557 min manatdan 12.3% artaraq 630 milyon 736 min manata yüksəlib. Qeyri-faiz gəlirləri isə 10% artaraq 341 milyon 390 min manata çatıb.

Bankın faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən 11% azalaraq 164 milyon 689 min manat təşkil edib, qeyri-faiz xərcləri 5.3% artımla 470 milyon 675 min manat olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər