2 C
Baku
Sunday, December 15, 2024

Kapital Bank yayılan xəbərlərə aydınlıq gətirdi

Dünən bəzi kütləvi informasiya vasitələrində Kapital Bankın region filiallarında çalışan bir neçə əməkdaşla bağlı prokurorluq orqanları tərəfindən cinayət işinin açılması barədə yayılan xəbərə Kapital Bankın mətbuat xidməti tərəfindən aydınlıq gətirildi.

Bankdan Banker.az saytına verilən məlumata əsasən, “Kapital Bank ASC-nin müvafiq struktur bölmələri tərəfindən bankın filiallarında aparılan müntəzəm monitorinq və araşdırmalar nəticəsində İmişli filialının əməkdaşları Zaur Əzizov, Maqsud Yaqubov və Seymur Qasımovun, Şabran rayon filialının əməkdaşı Ceyran Orucovanın, Biləsuvar rayon filialının əməkdaşları Nəriman Cəfərov və Pərviz Əzizovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qeyri-qanuni şəkildə qazanc əldə etmələri şübhəsi əsasında hüquq-mühafizə orqanlarına məlumat verilmişdir.

Hazırda adı çəkilən şəxslərin törətdikləri əməllər prokurorluq orqanları tərəfindən araşdırılır və istintaqın nəticələri tezliklə ictimaiyyətə təqdim olunacaqdır.

Son xəbərlər
Digər xəbərlər