2019-cu ilin martında “Muğanbank” ASC-dən “Kapital Bank” ASC-nin Filial Şəbəkəsinin İdarəedilməsi Departamentində yeni direktor müavini kimi gedən Elnur Abbasov yenidən əvvəlki iş yerinə qayıdıb.
Bu barədə Banker.az-a banklara yaxın mənbə bildirir.
E.Abbasov “Muğanbank”dan gedərkən Pərakəndə bankçılıq və beynəlxalq maliyyə instutları ilə iş departamentində menecer vəzifəsində çalışırdı.
O, 9 aydan sonra Baş direktor kimi “Muğanbank”a qayıdıb.
Bununla bağlı Banker.az redaksiyası artıq martda bir dəfə məlumat dərc edib.
E.Abbasov 2002-ci ildən adıçəkilən kommersiya bankında çalışır.
Həmçinin, 2012-2014-cü illərdə Azərbaycan Mikro-Maliyyə Assosiasiyasında İdarə Heyəti üzvi olub.
Sabir Mirzəyev