“Kapital Bank” ASC-də daha bir departamentin adı dəyişdirilib.
Bu barədə Banker.az Bankın saytındakı dəyişikliyə istinadən xəbər verir.
Məlumata görə, “Strategiya” departamentnin adı dəyişdirlərək “Müştəri menecementi” departamenti ilə əvəz olub. Məlumat üçün bildirək ki, dəyişiklik edilən bu departamentə hazırda Samir Məmmədov rəhbərlik edir.
Xatırladaq ki, buna bənzər dəyişiklik ötən gündə baş vermişdi. Belə ki, bankın “Ödəniş kartları/Prosessinq departamenti”nin adı dəyişərək “Kart biznesinə dəstək departamenti” olmuşdu.
Hazırda “Kapital Bank” daxilində 17 departament fəaliyyət göstərir.