“Kapital Bank” 2019-cu ilin yanvar-sentyabr aylarını 99 milyon 654 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın xalis mənfəəti 71 milyon 92 min manat olub. Belə ki, “Kapital Bank”ın mənfəəti cari ilin 9 ayında 40% artıb.
2019-cu ilin yanvar-sentyabr aylarında bankın faiz gəlirləri 293 milyon 929 min manat, qeyri-faiz gəlirləri 113 milyon 274 min manat təşkil edib. Faiz xərcləri 48 milyon 250 min manat, qeyri-faiz xərcləri 150 milyon 471 min manat olub.
Cari ildə “Kapital Bank”ın cəmi aktivləri 4 milyard 7 milyon 548 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrülə müqayisədə 16% artıb. Müştərilərə verilən kreditlər isə 1 milyard 721 milyon 511 min manat olub. Belə ki, bankın kredit portfeli 25% artıb.
“Kapital Bank”ın cəmi öhdəlikləri 15,4% artaraq 3 milyard 615 milyon 485 min manat olub. İlk 9 ayda Bankın depozitlər isə 3 milyard 193 milyon 557 min manat olub.