17 C
Baku
Thursday, May 2, 2024

“Kapital Bank”ın “Birkart BOKT”sinin nizamnamə kapitalı artırılmaqla ₼55.5 milyonu keçib

“Kapital Bank” ASC-nin törəmə təşkilatı “Birkart Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalı bir qədər də artırılıb.

Banker.az xəbər verir ki, “Birkart BOKT”nin nizamnamə kapitalı 18 000 000  manat, yaxud 48% artırılmaqla 55 534 100 manata qaldırılıb.

Buna qədər BOKT-nin kapitalı 37 534 100 manat idi.

“Birkart BOKT”nin nizamnamə kapitalı sonuncu dəfə 2023-cü ilin ilk rübü 1.4% artırılmışdı.

Xatırladaq ki, “Birkart BOKT” 2018-ci ildə “Kapital Bank” ASC-nin 100% payı ilə yaradılıb. BOKT 2022-ci ildə aktivlərinin həcmini illik müqayisədə 4 dəfə artırılmaqla  30 mln. 707 min manata çatdırılsa da, ili növbəti dəfə zərər edib. Yığılmış zərəri cari ilin əvvəlində 653 min manat təşkil edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər