5 C
Baku
Saturday, December 14, 2024

“Kapital Bank”ın departamentinə yeni təyinat

“Kapital Bank” ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoruna yeni müavin təyin edilib.

Banker.az xəbər verir ki, bu, Xıdır Mahmudxanovdur.

X.Mahmudxanov 2008-ci ildən Gürcüstan bankının Azərbaycandakı törəmə kredit təşkilatı “TBC Kredit” BOKT-da kredit inzibatçısı kimi başlamış, 2012-ci ildən 2018-ci ilə qədər Kredit riskləri departamentinə rəhbər vəzifəsinə qədər yüksəlmiş, 2018-ci ildən 2020-ci ilin yanvarına qədər isə “Yelo Bank” ASC-də Pərakəndə risklərin idarə edilməsi departamentində direktor kimi çalışıb.

Xıdır Mahmudxanov ABŞ-ın Stonier Bank Məktəbində  və Maastricht School of Management universitetində MBA dərəcəsi üzrə təhsil almışdır.

Son xəbərlər
Digər xəbərlər