16 C
Baku
Sunday, May 26, 2024

“Kapital Bank”ın fəaliyyətinə nəzarət edənlərdən biri dəyişdi – TƏYİNATLAR

“Kapital Bank” ASC-nin Audit Komitəsinin üzvlərindən biri dəyişib.

Banker.az xəbər verir ki, səhmdarların qərarı ilə Cəmil Məmmədov bankın Audit Komitəsinin üzvlüyündən çıxıb, onun yerinə bu günə qədər Daxili audit xidmətinə rəhbərlik edən Svetlana Əliyeva seçilib.

Daxili audit xidmətinə isə bundan sonra Rauf Osmanov rəhbərlik edəcək.

Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının (“BUS Bank”) bazasında yaradılıb. Onun nizamnamə kapitalı 245.85 milyon manatdır. Bankın əsas səhmdarı daxil olduğu “PAŞA Holdinq” MMC-dir.

Audit Komitəsi – Bankın Audit Komitəsi üç nəfər üzvdən ibarətdir. Komitənin üzvləri Müşahidə Şurası tərəfindən 3 ildən çox olmayan müddətə seçilir. Müşahidə Şurası Komitənin üzvlərindən birini Komitənin sədri təyin edir. Audit Komitəsinin üzvlərinin əmək haqqı muzdlu formasında Müşahidə Şurası tərəfindən təyin edilir. Audit Komitəsi bankın strategiyasını və audit siyasətini müəyyən edir, daxili nəzarət sisteminin təkmilləşdirilməsinə dair Müşahidə Şurasına təkliflər verir,  tənzimləyicinin normativ xarakterli aktları ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

Daxili audit xidməti – Bank işinin və siyasətinin ümumi strateji istiqamətlərinin, o cümlədən daxili nəzarət siteminin yaradılması və həyata keçirilməsi, habelə bank əməliyyatlarının düzgün və səmərəli aparılması üçün bankın Müşahidə şurası və İdarə Heyəti məsuliyyət daşıyır. Bankın Maliyyə-təftiş komissiyası isə bankın qanunlara, normativ aktlara, habelə bankın özünün siyasətinə və qaydalarına əməl edilməsini təhlil etmək məqsədilə, onun əməliyyatlarının müntəzəm auditinin keçirilməsi üçün məsuliyyət daşıyır.

Daxili audit, həmçinin bank aktivlərinin təhlükəsizliyini təmin edən müvafiq nəzarət mexanizmlərinin adekvatlığını, yaxud mövcudluğunu, bankın səhmdarlara, nəzarətedici orqanlara və ictimaiyyətə təqdim etdiyi dövri hesabatların dəqiqliyini, tamlığını və dürüstlüyünü təsdiq etməlidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər