10 C
Baku
Thursday, December 12, 2024

“Kapital Bank”ın yeni buraxılan səhmlərini bu investor aldı

“Kapital Bank” ASC-nin emissiya etdiyi yeni səhmlərini alan investor məlum olub.

Banker.az imzalanan akta istinadən bildirir ki, bu indiyə qədər bankın səhmlərinin əsas payçısı olan “PAŞA Holdinq” MMC-dir.

“PAŞA Holdinq” bankın yeni emissiya etdiyi 19.98 mln. manatlıq səhm paketinə sahib çıxıb.

Holdinq bu səhmləri aldıqdan sonra bankdakı payını yenidən yüksəldərək 87.68%-ə yüksəldib.

Qeyd edək ki, “Kapital Bank”ın səhmlərinin digər hissəsi isə “PAŞA Holdinq”in törəmə şirkətləri olan “PAŞA Sığorta” və “PAŞA Həyat”a məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər