“Moody’s Investors Service” (Moody’s) reytinq agentliyi “Kapital Bank” ASC-nin (haqqında) reytinqini açıqlayıb. Banker.az Moody’s-un açıqlamasına istinadən məlumatına görə, bankın uzun müddətli yerli və xarici valyutada olan depozitlər üzrə reytinqini Ba3 – neqativdən stabilə dəyişmişdir.
Banker.az olaraq qeyd edək ki, “Kapital Bank”ın depozit portfeli 2018-ci ilin ilk 9 ayında 13,24% artaraq 2,68 mlrd. manata çatmışdır. Qeyd edilən müddət ərzində depozit faizlər 6-9% arası olmuşdur. Bank 2018-ci ilin ilk 3 rübü ərzində 57,78 mln. manat faiz ödənişi etsə də, bankın xalis faiz gəliri 176,28 mln manat olmuşdur.
Reytinq agentliyi “Moody’s” qeyd edir ki, Kapital Bank-ın reytinqindəki dəyişikliklər əsasən Azərbaycanda olan əməliyyat risklərinin azalması, həmçinin şok xarakterli daxili və xarici proseslərin bank sisteminə təsirinin azalması ilə bağlıdır.
İqtisadi situasiyada son illər olan təlatümlər nəticəsində bank sektorunun aktivlərinin keyfiyyətində əvvəllər 90-100% ehtiyatlar yaradılırdısa, hazırda bu göstərici 6-7% düşmüşdür. Buda , sektorlar arasında daha yaxşı nəticə deməkdir. Yaxşılaşmanın sürətlənməsində əsas səbəblərdən biri, yerli valyutada verilən kreditlərin artımı, güvənli maliyyə axınlarının olması (pensiya,əmək haqqılar) , dövlətlə bağlılığı olan qurumlarla sıx əlaqələrin və s. göstərilir.
Azərbaycanda iqtisadi artım 2018-ci il üzrə 2% götürüldüyü halda, 2019-ci ildə bu göstərici 3% proqnozlaşdırılıb və ölkədə inflyasiyanın səviyyəsi minimuma yaxınlaşıb. Bununla yanaşı, ölkədə stabil valyuta siyasəti nəticəsində istehlak kreditlərinə olan maraq bərpa olunub. Qeyd edək ki, bütün kreditlərin təxminən 67% məhz bu tip kreditlərin payına düşür (2018-ci ortalarına olan məlumat).






