“Yeni BEMZ” ASC-nin səhmdarlarının ümumi yığıncağı 27 dekabr 2020-ci il, saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, 4-cü Köndələn küç.3 ünvanında keçiriləcək.
Banker.az xəbər verir ki, gündəlikdə duran məsələlərə Səhmdar Cəmiyyətin 2019-cu il üzrə maliyyə-təsərrüfat fəaliyyəti barədə icra orqanının hesabatı; Müşahidə şurası (Direktorlar şurası), İcra orqanı və Təftiş komissiyasının formalaşdırılması; digər məsələlər daxildir.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Qeyd edək ki, “Yeni BEMZ” ASC Bakıda yerləşir. Müəssisə 1947-ci ildə istismara verilib. Şirkət elektik mühərriklərinin və istehlak mallarının istehsalı ilə məşğul olur.