Azərbaycanda koronavirus (COVID-19) pandemiyası səbəbindən sərt karantinin tətbiq edildiyi 2020-ci ilin ikinci rübü ərzinə bankların əksəriyətinin qeyri-faiz gəlirləri azalıb.
Banker.az bildirir ki, yalnız 4 bank ilk rüblə müqayisədə artıb, 5 bankda təqribən sabit qalıb, qalan 17 bankda isə azalma müşahidə edilib.
Qeyri-faiz gəliri nə deməkdir?
Kommersiya banklarında qeyri-faiz gəlirlərinə bunlar daxildir:
- a) hesabların aparılması üzrə xidmətlərdən komisyon gəliri
- b) məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir (itki),
b1) xarici valyuta ticarəti üzrə gəlirlər (itkilər)
b2) xarici valyutada olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi uzrə gəlirlər (itkilər) - c) digər xidmət növlərindən komisyon gəliri
- g) digər qeyri-faiz gəlir növləri