Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2021-ci il dekabrın 19-da ölkə üzrə 377 ictimai iaşə obyektində 669 monitorinq keçirilib.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, M. İbrahimov küç., ev 1 ünvanında yerləşən, fiziki şəxs Allahverdiyev Fərhad Nadir oğluna məxsus kafe;
2. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 30/67 ünvanında yerləşən, fiziki şəxs Kərimov Elgün Ədalət oğluna məxsus kafe.