“Karantin rejiminin və digər tədbirlərin ləğvi avtomatik xarakter daşıya bilməz”.
Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, bu qərar xüsusi müzakirə nəticəsində və ölkədəki vəziyyətin nəticəsinə əsasən verilə bilər: “Proses onu göstərir ki, vətəndaşlar öz davranışlarında və həyat tərzlərində dəyişiklik etməlidir”.
©Report