14 C
Baku
Thursday, April 25, 2024

Karantin rejiminin yenidən sərtləşdirilməsi Bakı-Sumqayıt yolunun açılmasına mane olacaqmı? – Rəsmi

Ötən gün Nazirlər Kabineti yanında operativ qərargah karantin rejimi çərçivəsində həftəsonu məhdudiyyətlərin tətbiq ediləcəyini elan edib. Mövcud vəziyət ölkə ərazisində aparılan yenidənqurma işlərinə nə kimi təsir göstərəcək?

Belə ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsi istiqamətində aparılan yenidənqurma işləri, eləcə də, ötən ildən təmirə bağlanan Bibiheybət yolunda davam etdirilən işlərin gələn həftə ərzində yekunlaşdırılacağı bildirilib.

Ötən gün elan edilən qərar vəziyyətə təsir göstərəcəkmi?

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, sözügedən ərazilərdə görülən işlər davam etdirilir:

“Bibiheybət yolunda, demək olar ki, yekunlaşdırma işləri gedir. Yolun bərpasında xarici mütəxəssislərin təcrübəsindən istifadə edilib. Yolun aşağı və yuxarı yamaclarında istinad divarları tikilib.

Bakı şəhərinə girişinə icazə verilən bütün nəqliyyat vasitələri bu yoldan istifadə edə biləcəklər. Layihəyə uyğun olaraq istinad divarları, ərazi boyu yeni dəmir-beton küvetlər inşa edilib, yağış kanalizasiya sistemləri qurulub.

Sabahdan etibarən yola asfalt örütüyünün çəkilməsinə başlanılacaq. Daha sonra geridə qalacaq avtomobil yolunun xətlənməsi işləri aparılacaq və növbəti həftənin sonuna qədər istifadəyə veriləcək.

Eyni zamanda, Bakı-Sumqayıt yolunun genişləndirilməsi istiqamətində görülən işlər də son mərhələdədir. Layihəyə uyğun olaraq işlər artıq yekunlaşdırılıb. İstənilən halda hər iki yolda aparılan yenidənqurma-bərpa işlərinin yekunlaşdırılması nəzərdə tutulub”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər