Azərbaycanda cari ilin martından başlayaraq COVID-19 infeksiyasına görə karantin rejimi tətbiq edilməyə başlayıb. Bu dövrlər ərzində ölkədə tikinti materiallarının bir çoxu – əsasən idxal olunan – qismən də olsa bahalaşıb. Lakin, idxal olunan bəzi məhsulların qiymətlərində ucuzlaşma müşahidə edilib.
Ən çox bahalaşma (1.6%) kanalizasiya borusu və alçipanın qiymətlərində müşahidə edilib. Mart ayında kanalizasiya borusunun qiyməti 1.83 manat/metr təşkil etdiyi halda, avqust ayında 1.86 manat/metr olub. Alçipanın qiyməti mart ayında 3.77 manat/m2 olduğu halda avqust ayında 3.83 manat/m2 olub. Bununla bağlı AzStatKom bildirir.
Əsasən yerli istehsalla istehlak olunan sement isə 1.8% ucuzlaşıb. Mart ayında 50 kq çəkidə və 7.60 manata satılan sementin qiyməti avqusta 7.46 manata qədər düşüb. Həmçinin idxaldan asılı olan taxtada da ucuzlaşma olub. Taxtanın 1 m3 mart ayında 316.63 manata satıldığı halda avqusta 311.15 manat təşkil edib.