15 C
Baku
Saturday, April 20, 2024

Karlos Slim Elu – dünyanın ən zəngin insanının həyat yolu

Karlos Slim Elu – ərəb əsilli meksikalı biznesmen 28 yanvar, 1940-cı ildə Mexikoda dünyaya göz açmışdır. Onu kiçik oğlu Patrik yaxşı xatırlayır ki, atası heç də həmişə varlı olmayıb. Karlos mütəmadi olaraq özünün üç yeniyetmə oğlu üçün iqtisadi leksiyalar quraşdırırdı. “Dərslər” praktiki əhəmiyyət daşıyırdı, onlar Meksikanın sığorta kompaniyalarının Amerika bazarında nə qədər effektiv olduğunu, həmçinin də bunun əksini araşdırırdı, yəni ABŞ kompaniyaları Meksikan bazarında nə dərəcə də uğurludur.   

Bir zamanlar riyaziyyatdan dərs demiş Slim istəyirdi ki, o öz atasından öyrəndiklərini, uşaqları da ondan öyrənsin. Onun atası 1902-ci ildə Meksikaya immiqrasiya etdikdən sonra, özünün rieltori biznesinin (daşınmaz əmlak üzrə agentlik) əsasını qoymuşdu. Situasiyanı zamanından öncə görmək və hesablamaq qabiliyyəti çox güman ki, Karlosa məhz öz atasından yadigar qalmışdır. Əvvəlcə öz sığorta şirkətinin inkişafına 55 milyon dollar xərcləyən Karlos həm də Sanborns pərakəndə satış şəbəkəsinə və otel biznesinə də sanballı məbləğdə investisiya etmişdir. Bu kapital qoyuluşları nəhəng Slim biznes-imperiyasının təməlini qoyur və indi həmin imperiyanın dəyəri 150 milyard dollarla ölçülür.

Karlos Slim Elu öz iş fəaliyyətinə pərakəndə satışla başlayıb, onun ilk kapital qoyuluşunu Meksikanın son dərəcə kasıb alıcısı üçün zəruri olan kütləvi istehlak və ya ilkin tələbat mallarına etmişdir. Beləliklə Carso ticarət firması yaranmışdır. İndi o, ölkə miqyasında Wal-Mart kimi ticarət markası ilə bərabər səviyyəli rəqabətə girir.

Elunun biznesində növbəti mərhələ filiz və kömür çıxarılması olmuşdur. Bu gün onun diversifikasiya olunmuş Gropo Carso sindikatının tərkibinə daxil olan Frisco kompaniyası milli dağ-mədən sənayesinin, eyni zamanda kimya sənayesinin liderlərindən birinə çevrilmişdir. Öz işinin genişlənməsi və möhkəmlənməsi prosesində Slim həm də iqtisadi gerçəklikdə olduqca mühüm əhəmiyyət kəsb edən siyasi əlaqələr qurmağa da müyəssər oldu. Məhz bu əlaqələr sonradan ona öz biznesinin istiqamətini istehsalat sahəsinə doğru çevirəndə çox köməklik etdi.

Onun dünya iqtisadiyyatının ən fərqli sahələrinə göstərdiyi marağı nəzərə alaraq, bir növ Karlosu milyarder Con Rokfellerə bənzətmək olar. Çünki o, da eyni dərəcədə beynəlxalq rəqabət mühitində biznes idarə edilməsində uğur qazanmışdır.

karlos1234

1960-cı illərin əvvəlində Karlos Mexiko Milli Universitetinin mühəndislik fakültəsini bitirib, paytaxtlı birja brokerinə çevrilir və birjada sənaye kompaniyalarını almağa başlayır.

Böhranın faydası

Zaman keçdikcə o, özünün Grupo Carso maliyyə holdinqini yaradır. 1982-ci ildə Meksikada iqtisadi böhran baş verir. Ölkədə xarici borcun ödənə bilməməsi ilə əlaqədar olaraq defolt elan edilir.  İnvestorlar Mexikonu tərk etməyə başlayır. Karlos isə onların satdığı kompaniyanı dəyər-dəyməzə almaq imkanı qazanır. Tədricən Meksikanın iqtisadiyyatı bərpa olunur, ölkə özünə gəlməyə başlayırdı. Və beləliklə, 1980-cı illərin sonunda Slim ölkənin ən müvəffəqiyyətli biznesmenlərindən birinə çevrilir.

Meksika hökuməti dövlət telekommunikasiya müəssisəsi olan Telefonos de Mexico kompaniyasını satışa çıxaranda, Karlos Slim əlindən gələni əsirgəmir ki, onun sahiblərindən (şəriklərdən) birinə çevrilsin. Slim 2 milyard dollar müqabilində Telefonos de Mexico-nun 20% səhmini əldə edir. Bundan əlavə Slim və onun kompaniyası dövlət telekommunikasiya vasitələrini 7 il ərzində idarə etmək üçün monopoliya (tək tərəfli) hüquq əldə edilər.

Siyasi bağların möhkəmlənməsi

Karlos Slimin uğurunun daha bir komponenti isə Meksikanın keçmiş prezidenti Karlos Salinas de Qortarinin rəhbərlik etdiyi PRİ partiyasına sponsorluq etmək oldu.

Siyasətə investisiya edərək, Karlos Slim öz kompaniyası üçün uzunmüddətli dövlət dəstəyini təmin etmiş oldu. Məhz bunun sayəsində Slimin maliyyə imperiyası 15 ildən çox müddət ərzində faktiki olaraq telekommunikasiya sahəsində monopoliya mövqeyinə malik olmuşdur.

Zaman ötdükcə cənab Slim öz biznesinin Meksika sərhədləri xaricində genişləndirmək yollarını axtarmağa başladı. 1992-1996-cı illərdə Meksikada işləmiş AT&T kompaniyasının icraçı direktoru Randall Stephenson belə xatırlayır ki, Karlos Slim daima Latın Amerikasının mobil telekommunikasiya bazarlarını fəth etmək ideyası ilə yaşayırdı, buna görə də o, regional mobil  rabitə operatorlarını almağa başlayır.

2000-ci ildə, İnternet-kompaniyaları bazarında yaşanan böhrandan məharətlə istifadə edərək o, bir sıra bankrot olmuş regional telefon operatorlarını, o cümlədən AT&T-in Latın Amerika filialını alır. Nəticə etibarı ilə bu ona Latın Amerika telekommunikasiya xidmətlərinin satışı sahəsində müstəsna, hökmran mövqe qazandırır.

karlosslomelu

Orta statistik meksikalı daima cənab Slimin biznes-imperiyasının ayrı-ayrı tərkib elementləri ilə təmasda olur, məsələn Telefonos de Mexico (TelMex) korporasiyası ölkə daxili simli telekommunikasiya ötürücülərinin 92%-nə nəzarət edir. Onun America Movil kompaniyası isə Meksikanın mobil əlaqələr seqmentinin 70% aktivləri üzərində nəzarət həyata keçirir.

Uğurlu xeyriyyəçi və ya monopolist

Corc Qreyson, dövlət idarəetməsi üzrə amerikalı professor Meksikanı Slimlandiya adlandırır, bununla da o, Slimlərin ailə biznesinin ölkənin gündəlik həyatında nə dərəcədə dərin kök saldığını göstərmək istəyir. Meksikanın əksər vətəndaşları ümid edirdi ki, 1990-cı illərdə başlanan özəlləşmə prosesi rəqabət mühitinin yaranmasına və qiymətlərin kəskin aşağı düşməsinə gətirib çıxaracaq. Amma ki, professor Qreysonun sözlərinə əsasən  Karlos Slim məhz Meksika iqtisadiyyatının inkişafını ləngidən həmin «yağlı pişiklərdən» biridir. Çünki o, monopoliya və oliqarxiyaya başçılıq edir.

Professor hesab edir ki, Meksika milli iqtisadiyyatı olduqca effektivdir, amma Slim kimi monopolistlərin günahı üzündən ölkədə rəqabət aparmaq imkanı sıfıra enir.

Karlos Slim ölkədə təhsil və sosial sektorun inkişafına 500 milyon dollardan artıq vəsait yatırıb. O, Nicholas Negropontinin «Hər bir uşağa noutbuk» proqramının başlıca sponsorlarından biridir.  Bu yaxınlarda cənab Slim Latın Amerika ölkələrində yoxsulluq ilə mübarizə aparan Bill Klinton fondunun hesabına 100 milyon dollara yaxın vəsait köçürüb.

Bundan əlavə o, Mexiko şəhərinin qədimi hissəsinin bərpa edilməsi məqsədi ilə də xeyli sərmayə ayırıb.

Sosial yardım göstərilməsi mmsələsinə gəldikdə isə, Karlos Slimin buna özünəməxsus yanaşması vardır. Slim ailəsi daha çox milli iqtisadiyyatın inkişafına vəsait yatırmağa çalışır, nəinki sosial dotasiyalara.  Axı insanlara kömək etməyin ən yaxşı yolu, sadəcə onlara pul vermək deyil, onların işləməsi üçün imkan yaratmaqdır.

Bütün bunlarla yanaşı Slimin karyera yolunda və bacarıqlarında fövqəltəbii heç nə yoxdur və olmayıb da, ümumiyyətlə isə onun gizlədəcək də elə bir şeyi yoxdur. Onun biznesin zirvəsinə necə yüksəlməsi ilə ciddi maraqlananlar isə onun həyatının ən vacib məqamları haqda az-çox bilirlər, ən azından belə bir informasiyaya çıxış hamı üçün açıqdır.

kalos12

Rəsmi xronikanın kadr arxasında qalan məqamlarına gəldikdə isə – bu heç kəsə sirr deyil – bunlar  «pərdə arxası strategiyaya» və ya «yeraltı mübarizəyə» aid edilir, bunsuz isə kommersiya həyatını təsəvvür etmək mümkün deyil. Xüsusən də söhbət Latın Amerikasından gedirsə.

Britaniyalı ekspert –iqtisadiyyatçı Porter Qifford bir dəfə söyləmişdir ki, bütün leqal Latın Amerikan sərvətləri üç fundamental  elementə əsaslanır: Aztəminatlı təbəqənin tələbatlarının istismarı, mineral ehtiyatların istismarı və siyasi əlaqələrin istifadə edilməsi və Karlos Slimin həyat hekayəsinin təsviri bu tezisi demək olar ki, tamamı ilə təsdiqləyir.

Slim bu gün də özünün yaratmış olduğu müəssisələrin əksəriyyətinin idarə heyətində təmsil olunur və aparıcı vəzifələri qoruyub saxlayır. Senyor Elu özü bunu onunla izah edir ki, məsələ heç də onun biznesin tamhüquqlu idarəetməsini öz övladlarına etibar etməməsində deyil.  Sadəcə o, özünün biznesə fayda verə biləcək qədər gümrah və enerji ilə dolu hiss edir.

1997-ci ildə ürəyində əməliyyat keçirmiş, 72 yaşlı Karlos Slim Elu tədricən işlərdən uzaqlaşır və estafeti öz oğullarına təhvil verir. Slim biznesinin  əsas sütunlarını məhz onun oğulları təşkil edir. Ön planda onun üç oğlunun adını çəkilir. Kiçik Karlos (Carlos Jr., 45),  Marko Antonio (Marko Antonio, 44) və Patrik (Patrick, 43), onlar ailə biznesinin müxtəlif sahələrində aktiv iştirak edirlər.

Son xəbərlər
Digər xəbərlər