22 C
Baku
Monday, May 20, 2024

Kart Biznesi departamentinin “Kart məhsulları və xidmətlərin inkişafı” şöbəsinin rəisi  — Rabitəbank

Kart Biznesi departamentinin “Kart məhsulları və xidmətlərin inkişafı” şöbəsinin rəisi 
Əsas vəzifələri:
  • Kart məhsullarının, xidmətlərinin inkişafı və satış prosesinin optimallaşdırılması;
  • Kart məhsullarının və xidmətlərinin yaradılması, modifikasiyası və satışı üzrə planların hazırlanması və onların yerinə yetirilməsini təmin etmək;
  • Kart məhsulları və nağdsız hesablaşmalar üzrə daxili və xarici bazarı təhlil etmək;
  • Kart biznesinin innovativ məhsul və texnologiyalarını təqdim və tətbiq etmək;
  • Fərqli müştəri seqmentləri üçün nəzərdə tutulan kompleks məhsullar hazırlamaq və təqdim etmək;
  • Şöbənin fəaliyyətinə dair metodologiyanın hazırlanmasını və tətbiqini təmin etmək;
  • Bankın Müştəri xidməti strukturları tərəfindən edilən satışlara dəstək və nəzarət.
Namizədə olan tələblər:
  • Ali təhsil
  • Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • Strateji düşünmə və davranma qabiliyyəti;
  • Yüksək təqdim etmə və kommunikasiya qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Azərbaycan dilini səlis, rus və ya ingilis dillərini yüksək səviyyədə bilməsi.
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.  Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır “Kart məhsulları və xidmətlərin inkişafı” şöbəsinin rəisi “.
Son xəbərlər
 ⁠
Digər xəbərlər