6 C
Baku
Tuesday, January 31, 2023

Kartla ödənişlərdə ƏDV-nin 20 %-ə qaldırılması təklif edilir

Azərbaycanda gələn il üçün nağdsız əməliyyatlara görə geri qaytarılan ƏDV-nin 15 faizdən 20 faizə qaldırılması təklif edilib.

Belə bir təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputat Vüqar Bayramov çıxış edib.

O xatırladıb ki, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan əlavə dəyər vergisinin (ƏDV) nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17.5 faizə qaldırılması nəzərdə tutulur: “Biz nağd ödənişlərə görə geri qaytarılan məbləği 5 faiz azaldırıq, nağdsız əməliyyatlara görə vəsaiti 2.5 faiz artırırıq. Yaxşı olardı ki, biz nağdsız əməliyyatlara görə nəzərdə tutulan vəsaiti də 5 faiz, yəni, 15 faizdən 20 faizə qaldıraq. Bu halla biz plastik kartlardan istifadəni daha çox stimullaşdıra bilərdik”.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər
X