8 C
Baku
Friday, December 13, 2024

Kartmane VISA ilə bütün restoranlarda 10% keşbek

®Rabitəbank Kartmane VISA kart sahibləri üçün bol keşbekli bahar kampaniyası təqdim edir. Kartmane VISA kart sahibləri bundan sonra həm Azərbaycanda, həm ölkəxaricində xüsusi imtiyazlara sahib olacaqlar.

Mayın 31-dək dünyanın istənilən kafe və restoranlarında Kartmane VISA ilə ödəniş etdikdə 10% keşbek kart balansına geri qayıdacaq. Üstəlik bu təklif həm də yemək çatdırılma xidmətlərinə şamil olunur. Bunun üçün Rabita Mobile tətbiqində Kartmane VISA üçün seçilmiş keşbek növü “YDM və Restoranlar” və ya “Market və Restoranlar” olmalıdır. Qeyd edək ki, kampaniyadan öncə bu keşbek növləri üzrə bütün restoranlardan təklif olunan keşbek 5% idi. Keşbek növünü rahatlıqla Rabita Mobile tətbiqi vasitəsilə dəyişə bilərsiniz, ilk dəyişmək haqqı ödənişsizdir. 

Kartmane VISA kartları ilə ödəniş etməyin daha bir üstünlüyü partnyor restoranlardan ekstra 25%-dək keşbek əldə etmək şansıdır. Rabitəbankın 100-dən çox tərəfdaş restoranları kampaniya çərçivəsində 10% keşbeklə yanaşı 25%-dək keşbek də qazandırır ki, bu da daha çox bonus deməkdir. 

Kampaniya sona çatmamış faydalanmaq üçün Kartmane VISA kartını Rabitəbankın rəsmi saytından (https://rbt.az/kartmanevisa), Rabita Mobile tətbiqi (http://rbt.az/rbm) və RabitaBot çatbotu (t.me/RabitaBot) vasitəsilə sifariş edə bilərsiniz. Bakı və Abşeron yarımadası ərazisinə kartın çatdırılması pulsuzdur. Kampaniya haqqında daha ətraflı məlumatla Rabitəbankın 133 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Son xəbərlər
Digər xəbərlər