8 C
Baku
Thursday, December 12, 2024

Kasıb tələbələrin təhsil xərclərinin ödənilməsi ilə bağlı detallar açıqlandı

“Bütün ali və orta ixtisas təhsil müəssisələrində təhsil xərclərinin ödənilməsi istiqamətində məsul şəxslər müəyyən ediləcək. Müvafiq məktublar imzalanaraq bütün təhsil müəssisələrinə yönləndirilib və qısa müddət ərzində tələbələrdən müraciətlər toplanacaq”.

Bunu Təhsil naziri Ceyhun Bayramov AzTV-nin “Hədəf” verilişində deyib.

Nazir bildirib ki, tələbələr müraciət edərək özləri barədə məlumatları təqdim edəcəklər: “Ali təhsil müəssisələri də bu məlumatları aidiyyəti üzrə elektron formada təqdim edəcək. Təhsil Nazirliyi də toplanan məlumatları uyğunlaşdırma apararaq təsdiq edəcək. Yekunda sifarişlər Maliyyə Nazirliyinə təqdim ediləcək. Ödənişlər də bilavasitə təhsil müəssisələrinə köçürüləcək”.

©Report

Son xəbərlər
Digər xəbərlər