-1 C
Baku
Sunday, December 15, 2024

Kassa mütəxəssisi – “Merkuri” BOKT

“Merkuri” Bank Olmayan Kredit Təşkilatı, 22-30 yaş arası, ali təhsilli gəncləri kassa mütəxəssisi vakansiyası üçün müsabiqəyə dəvət edir.

Öhdəliklər

  • Müştərilərdən nağd pulun və digər qiymətlilərinin qəbul edilməsi;
  • Xəzinədə olan nağd pulun və digər qiymətlilərin salamatlığının təmin olunması üçün tədbirlər görmək və tam maddi məsuliyyət daşımaq;
  • Nağd pul və digər qiymətlilərlə əməliyyatların aparılmasına, onların qorunmasına dair qaydaları bilmək;
  • Nağd pulların sayılmasını, çeşidlənməsini, qablaşdırılmasını həyata keçirmək;
  • Xəzinədə mədaxil-məxaric kassa əməliyyatlarının müvafiq qaydalara uyğun aparılmasını təmin etmək;
  • Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq.
  • Əməliyyat gününün sonunda gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışla uzlaşdırılaraq balansa çıxılması;
  • İş yeri: Bakı filialı

 İş qrafiki (I-V 09:00-dan 18:00-dək, VI 10:00-dan 14:00-dək)

Namizədə tələblər

  • Ali təhsil
  • Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti
  • MS Office (Word, Excel) proqramları üzrə biliklər
  • Nəğd pulla intensiv işləmə bacarığı
  • Gərgin iş qrafikində işləmək bacarığı
  • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti

Müsabiqədə iştirak etmək üçün müraciət blankını saytımızdan əldə edərək (http://merkuri.az/aze/index.php/en/haqq-m-zda) və yaxud da hazır cv formalarınızı [email protected] email ünvanına göndərə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər