Minimum tələblər:
Təhsil: | Ali iqtisadi |
Bank sahəsində iş təcrübəsi: | 2 ildən başlayaraq |
Bilməlidir: | «Banklar haqqında» Azərbaycan Respublikasının QanunuMərkəzi Bankın “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması Qaydaları“ |
Kompüter bilikləri: | Microsoft Office (Word, Excel)Bank işi üzrə proqram təminatları. Flexcube proqram təminatı ilə işləmək bacarığı olanlara üstünlük verilir. |
Fərdi keyfiyyətlər: | Ünsiyyət qurmaq və komandada işləmək bacarığı, punktuallıq, yüksək səviyyədə dəqiqlik və diqqətlilik |
Dil bilikləri: | Azərbaycan dili – mükəmməlRus dili – orta |
Əmək haqqı: | Struktur bölmədən asılı olaraq 500 AZN-dən başlayaraq |
Vəzifə öhdəlikləri:
- Nağd pulun və digər qiymətlilərin qəbulu və verilməsi üzrə əməliyyatları yerinə yetirmək, müəyyən olunmuş qaydada gündəlik əməliyyatların uçotunu və üzləşdirilməsini aparmaq. Mədaxil (gündüz və axşam), məxaric, mədaxil-məxaric kassalarının işini aparmaq
- Mədaxil elanını günün sənədlərinə tikmək, elanın qəbz hissəsini müştəriyə, order hissəsini isə filialın məsul icraçısına qaytarmaq, Mədaxil kassa jurnalına qeyd etmək
- Məxaric əməliyyatları üzrə arayış tərtib etmək, imzalamaq və məxaric kassa jurnalı ilə üzləşdirmək
- Məxaric sənədlərini, tərtib edilmiş arayışı uçot kitabını imzalamaqla baş xəzinədara təhvil vermək
- Nağd pulu saymaq, dövriyyəyə yararsız əskinasların ayırmaq, əskinasları nominal üzrə ayırmaq
- Aşkar edilmiş dövriyyəyə yararsız nağd pul və digər qiymətlilərin dövriyyədən çıxarılması və dəyişdirilməsi üçün müvafiq tədbirlər görmək
- Saxta əskinaslar aşkar edildikdə, bu barədə akt tərtib etmək və müvafiq tədbirlərin görülməsi üçün baş xəzinədarı məlumatlandırmaq
- PL/TMM sahəsində eyniləşdirmə və verifikasiya tədbirlərinin, habelə şübhəli əməliyyatların aşkarlanması üçün müvafiq tədbirləri həyata keçirilmə
- Bankomatlarla iş aparmaq: nağd pul yükləmək və boşaltmaq, yüklənmiş və boşaldılmış nağd pulun uçotunu aparmaq
- Pul köçürmə sistemləri üzrə pul vəsaitlərinin göndərilməsi və verilməsi zamanı müştərilərə müvafiq prosedurlar əsasında kassa xidmətləri göstərmək
- Müvafiq prosedurlar əsasında müştərilərə valyuta mübadilə xidmətləri göstərmək
- POS-terminal vasitəsilə müştərilərə nağd pulun verilməsi üzrə xidmətlər göstərmək
- Müvafiq prosedurlar əsasında müştərilərə çek kitabçalarını vermək
- Məxfilik və təhlükəsizlik tələblərinə riayət etmək.
Müsabiqədə iştirak etmək istəyən namizəd Ərizə forması (anket) formasını 01 Mart 2017- ci il tarixinədək doldurub [email protected] e-mail ünvanına göndərməlidirlər.