Kataloniya böhranının nəticələri 2018-ci ildə İspaniyaya 12 milyard avroya başa gələ bilər.
Banker.az xəbər verir ki, İspaniyanın El Pais qəzeti ölkənin maliyyə orqanlarının proqnozlarına istinadən bildirib ki, İspaniyanın ÜDM-u gələn ilin böhranın davamiyyətindən asılı olaraq 0,4-1,2%, yaxud 4 milyarddan 12 milyard avroya qədər azala bilər.
Kataloniya İspaniyanın ÜDM-nun təqribən 20%-ni təmin edir, buna görə də, regionda baş verənlər əhəmiyyətli dərəcədə krallığa təsir edir.
Bir qədər əvvəl verilən proqnozlarda İspaniya iqtisadiyyatının 2018-ci ildə 2,7% artacağı vurğulanırdı. Lakin baş qaldırmış siyasi böhrana görə makroiqtisadi proqnoz vermək çox çətindir.
Qeyd edək ki, 1 oktyabrda Kataloniyada müstəqillik uğrunda referendum təşkil edildi. Səsvermədə iştirak edənlərin 90 faizindən çoxu regionun İspaniyanın tərkibindən çıxmasına səs verib. Madrid bu referendumu qanunsuz hesab edir və onun nəticələrini tanımaqdan imtina edir. Krallıq rəsmiləri Kataloniyaya müstəqilliyin elan edilib, edilməməsini elan etmək üçün 19 oktyabr yerli vaxtla 10:00-a qədər vaxt verib.