17 C
Baku
Friday, October 18, 2024

Kazımov britaniyalı nazirlə görüşüb

Azərbaycan və Böyük Britaniya arasında bank və maliyyə sektorunda əməkdaşlıq müzakirə edilib.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Ölkəmizdə səfərdə olan Böyük Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri Lord Malcolm Offord ilə bu gün görüşdük, Azərbaycanla bu ölkə arasında mövcud əməkdaşlıq imkanlarını, o cümlədən hər iki ölkənin bank və maliyyə sistemləri arasında əməkdaşlıq perspektivlərini müzakirə etdik”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər