Azərbaycan Mərkəzi Bankında (AMB) kapital bazarlarının tendensiyaları və çağırışları ətrafında fikir mübadiləsi aparılıb.
Bunu AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Milli Depozit Mərkəzi, “Bakı Fond Birjası” QSC və investisiya şirkətlərinin rəhbərləri ilə növbəti görüşümüz baş tutdu. Görüşdə bu ilin 9 ayında ölkədə kapital bazarlarının inkişafı istiqamətində həyata keçirilən işləri və bu sahənin maliyyə sistemindəki rolunu müzakirə etdik, mövcud investisiya mühiti, investorlar üçün yaradılan imkanlar və perspektivlər, həmçinin kapital bazarlarının tendensiyaları və çağırışları ətrafında fikir mübadiləsi apardıq”, – deyə o qeyd edib.