12 C
Baku
Monday, November 18, 2024

Keçən ay bankların əhaliyə nağd dollar satışı artıb- infoqrafik

Azərbaycanda banklar əhaliyə 2024-cü ilin yanvarında nağd 211.5 mln. dollar satıblar.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu da son bir ayda nağd dollara tələbin 16% artımıdır. Dekabrda əhaliyə bankların dollar satışı 182 mln. dollar idi. Ümumiyyətlə ötən ilin sentyabrından nağd dollara əhalinin tələbi artan sıra ilə davam edib. Adətən bu mövsümi faktorlardan da baş verə bilir. Xüsusi ilə dekabr ayında.

Əhali isə banklara nağd dolların satışı mövqeyində yanvarda daha çıxış ediblər. Məsələn, cari ilin yanvarında əhali banklara nağd dollar satışını dekabrla müqayisədə 16% azaldaraq 119 mln. dollara endiriblər.

Ötən il əhalinin nağd dollara tələbi azaldığından bankların dollar alışı satışları üstələyirdi. 2023-cü ildə əhali tərəfindən banklara alış-satış fərqindən -197 mln. dollar axın olmuşdu ki, bu son illərdə qeydə alınmış nadir hadisə idi. Bununla belə, Mərkəzi Bank da hərraclarda alışyönlü mövqedə çıxış edirdi.

Keçən ay satışların həcmi yüksəlsə də bu orta konvertasiya məzənnəsinə təsir göstərmədi. Məzənnə 1.6996 USD/AZN-də sabit qalıb.

43243243434423

Son xəbərlər
Digər xəbərlər