-1 C
Baku
Sunday, December 15, 2024

Keçən il dövlət büdcəsi 99.5% səviyyəsində icra olunub

Bütövlükdə, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri təxminən 35.6 mlrd. manat olub ki, bu da 2022-ci illə müqayisədə 4.9 mlrd. manat (və ya 16%) çoxdur.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.

Baş nazir deyib ki, xərcləri 36.5 mlrd. manat və ya 99.5% səviyyəsində icra olunub ki, bu da 2022-ci illə müqayisədə 4.4 mlrd. manat (və ya 13.7%) çoxdur: “Eyni zamanda Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş dövlət müəssisələrinin maliyyə və əməliyyat göstəricilərində əhəmiyyətli yaxşılaşma müşahidə edilir. 2023-cü ildə Portfel Şirkətlərin səmərəli fəaliyyəti nəticəsində ümumi gəlirləri təqribən 74%, EBİTDA göstəricisi 101% artıb və 11 şirkətdən 8-də potensial dividend ödəmə imkanları yaranıb”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər