9 C
Baku
Thursday, December 12, 2024

Keçən il uyğunsuzluq kimi göstərilən 218 milyon manat 2024-cü ilin büdcəsində nəzərə alınıb

Hesablama Palatası tərəfindən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə və icrasına dair rəylərdə əks olunan 19 məsələ üzrə tövsiyə və qeydlər müvafiq icra hakimiyyəti orqanları tərəfindən məqbul hesab edilməklə büdcə sənədləşməsində nəzərə alınıb ki, bu da ali audit orqanının təsirini səciyyələndirən göstəricilərdən sayıla bilər.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabat”ın müzakirəsi zamanı Palatanın sədri Vüqar Gülməmmədov deyib.

Vüqar Gülməmmədov bildirib ki, Hesablama Palatasının uyğunsuzluq kimi göstərdiyi məbləğin təxminən 218,0 mln. manatı 2024-cü ilin dövlət büdcəsinin layihəsində nəzərə alınmaqla müvafiq qaydada düzəldilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər