11 C
Baku
Saturday, November 16, 2024

Keçmiş iranlı bankir həbs olunub

İran İslam İnqilab Qvardiyası ölkənin böyük banklarından birinin keçmiş rəhbərini və onun müavinini korrupsiya ittihamıyla həbs edib.

Ali Rastegar Sorkhei “Bank Mellat”ın keçmiş meneceridir. O və beynəlxalq məsələlər üzrə müavini İran məhkəməsinin qərarıyla saxlanıblar. Bu barədə İran agentlikləri məlumat yayıb.

Rastegar Sorkhei ötən ay böyük bir qalmaqal üzündən istefa vermişdi. Belə ki, onun da adı dövlət rəsmiləri, bank menecerlərinin maaşlarının, bonuslarının, digər imtiyazlarının şişirdilməsində hallanırdı.

“Fars” agentliyi bildirib ki, Rastegar mütəşəkkil “korrupsiya şəbəkəsi”nin üzvüdür.

Adıçəkilən qalmaqala Prezident Hassan Rohani-yə zərbə vurmaq, onun gələn il təkrar seçilmək şanslarını azaltmaq cəhdi kimi baxanlar da var.

Rohani məsələnin araşdırılmasına qərar verib./Azadlıq.org

Son xəbərlər
Digər xəbərlər